Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-12-2025 , 11:57

815

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Ölkə başçısının müvafiq Fərmanı ilə yerli icra strukturlarında ciddi şəkildə islahatların aparılması qərara alınıb. Əslində bu Fərmanı  idarəetmədə aparılacaq genişmiqyaslı  strüktur dəyişikliklərin, xüsusən  də regional idarəetməyə keçidin başlanğıc nöstəsi də hesab etmək olar.

Bu gün mərkəzi icra hakimiyyəti orqanlarının, hüquq-mühafizə orqanları istisna olmaqla, hər biri regional idarəteməyə artıq keçid edib. Yəni hər bir mərkəzi icra orqanının regional idarəsi var və bu idarələrin hər birinin yerli icra hakimiyyətinə hər hansı formada bağlılığı  yoxdur. Yəni hazırda sistem elə qurulub ki, icra başçısının hər hansı formada hətta kitabxanada çalışan sıravı işçiyə, hətta məktəbdə çalışan xadiməyə belə söz demək şansı sıfıra bərabərdir. 

Əlavə olaraq qeyd edim ki, Azərbaycan Prezidentinin müvafiq qərarı ilə ölkəmizdə 14 iqtisadi zona yaradılıb. Bu bölgü həqiqətən yüksək qiymətləndirilməlidir. Bu zonaların hər birinin ərazisi və hansı rayonları əhatə etməsinə qədər bəllidir. Lakin müvafiq mərkəzi icra orqanlarının  əvvəlki illərdən regional idarəetmənin sistemsiz şəkildə yaratmaları, bəzən də təkrar strukturların təsis edilməsi, bir nazirliyinin  yaratdığı bir və ya bir neçə regional idarələrinin bir-biri ilə hər hansı formada əlaqəsinin olmaması nəticə etibari ilə özləri ilə yanaşı, əsasən vətəndaşa da ciddi problem yaratmaqdadır.   Üstəlik bəzi mərkəzi icra orqanları, tabeliyindəki qurumları publik hüquqi şəxsə çevirməklə bəzi məsələlərin həllində daha geniş sərbəstlik qazanıblar. Nə isə...

Hər halda Prezidentin son Fərmanı bu istiqamətdə atılacaq addımların ilkin mərhələsi hesab edilməlidir. Proses çox güman kı bundan sonra da davam edəcəkdir.  Hiss olunur ki, bu prosesdə  hər bir RİH-də 3-4 məmur vəzifəsi, 5-dən 20-dək mühasib vəzifəsi ixtisara düşür.  Məni isə narahat edən məsələ isə   RİH-lərdə ixtisara düşmüş məmurların sonradan bələdiyyələrə yerləşdirilməsi məsələsidr. Özləri yenə RİH-də oturub ancaq əməkhaqqını bu dəfə bələdiyyədən alacaqlar. Deməliyəm ki, ölkə bələdiyyələrində, belə təcrübə var.  Həmin  məmurlar bələdiyyədən əməkhaqqı alsalarda belə bələdiyyənin hüquqlarını müdaifə etməyi özlərinə ar bilmələri təəssüf hissi yaradır. Nə isə....

Son olaraq sual oluna bilər ki, idarətemədə aparılan bu  isalahatlar nəyi dəyişəcək? 

 Bütün hallarda idarəetmə sahəsində islahatlara start verilməsi alqışa layiq bir addımdır. Bu danılmaz faktdır.  Bu islahatların davamlı olması bir tərəfdən büdcə vəsaitlərinin qənaətinə, ikinci bir tərəfdən təkrar qurumların ləğvinə, həmçinin idarəetmədə operativliyə səbəb olacaq, həm də  məmur məsuliyyətini artıracaq və ən əsası bu islahatlarda bələdiyyələrin də üzərinə bir səlahiyyət payı düşəcək.

Uğurlu, düşərli olsun deyirəm.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
578

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
428

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
406

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
312

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
484

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
312

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
468

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
672

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
432

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
755